Şəkidə 66 yaşlı kişi öldürülüb, şübhəli şəxs saxlanılıb

Hadisə
  • 12 yanvar, 2026
  • 16:31
Şəkidə 66 yaşlı kişi öldürülüb, şübhəli şəxs saxlanılıb

Şəki rayonunda 66 yaşlı kişi öldürülüb, hadisədə şübhəli bilinən şəxs tutulub.

"Report"un Şimal-qərb bürosu xəbər verir ki, hadisə rayonun İnçə kəndində qeydə alınıb.

Məlumata görə, yanvarın 10-da kənd ərazisində 1960-cı il təvəllüdlü Səttar Nəbiyevlə 26 yaşlı Hüseyn İsmayılov arasında şəxsi münasibətlər zəminində mübahisə yaranıb.

Mübahisə zamanı H.İsmayılov S.Nəbiyevin üz nahiyəsinə yumruqla zərbə endirərək ona xəsarət yetirib. Hadisədən sonra xəsarət alan şəxs H.İsmayılovun atası tərəfindən evinə aparılarkən o, yolda avtomobildən enib və bir qədər hərəkət etdikdən sonra yıxılaraq növbəti dəfə xəsarət alıb.

Xəstəxanaya yerləşdirilən S.Nəbiyev aldığı xəsarətlərdən bu gün orada ölüb.

Polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə H.İsmayılov şübhəli şəxs qismində saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Son xəbərlər

Bütün Xəbər Lenti