Şəkidə 25 nəfərə qarşı dələduzluq edən şəxs saxlanılıb

Hadisə
  • 09 fevral, 2018
  • 07:09
Şəkidə 25 nəfərə qarşı dələduzluq edən şəxs saxlanılıb

Şəki. 9 fevral. REPORT.AZ/ Şəki Şəhər Rayon Polis Şöbəsinə müraciət edən Baş Göynük kənd sakini G.Əlifova ötən ilin yanvar ayında Elçin adlı şəxsin onu aldadaraq 2230 manatını aldığını bildirib.

"Report"un Şimal-qərb bürosunun verdiyi məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxsin Bakı şəhər sakini Elçin Dadaşov olması müəyyən edilib.

Görülən tədbirlərlə o, dələduzluq etməkdə şübhəli bilinərək saxlanılıb.

Ətrafında aparılan əməliyyat tədbirləri ilə onun 2017-ci il ərzində Şəki rayon sakini olan 25 nəfəri də aldadaraq dələduzluq yolu ilə onlardan ümumilikdə 4420 manat alması müəyyən edilib.

Faktla bağlı Şəki Şəhər Rayon Polis Şöbəsində araşdırma aparılır.