Şəki sakini üzərinə taxta şalban aşması nəticəsində ölüb
Hadisə
- 16 may, 2017
- 04:32
Bakı. 16 may. REPORT.AZ/ Şəkinin Böyük Dəhnə kəndində bədbəxt hadisə nəticəsində yerli sakin həyatını itirib.
"Report" xəbər verir ki, hadisə 1967-ci il təvəllüdlü Səlimov Qabil Cumali oğlu yaşadığı evin həyətindəki elektrik şalbanının yerini dəyişmək istədiyi zaman baş verib.
Q.Səlimov bunun üçün taxta şalbanı kəsmək qərarına gəlib, lakin nəticədə şalban onun üzərinə aşıb. Yaralı ağır kələ-beyin travması və bədən xəsarətləri ilə Bakıdakı xəstəxanalardan birinə gətirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Şəki şəhər Prokurorluğunda araşdırma aparılır.
Son xəbərlər
06:11
Suriyada silah-sursat anbarında partlayışlar baş verib
Digər ölkələr05:47
Almaniyada Xristian-Demokrat İttifaqı regional seçkilərdə ən pis nəticəsini göstərib
Digər ölkələr05:26
WSJ: Tramp siyasətini dəstəkləyən müttəfiqlərinin azlığından narazıdır
Digər ölkələr04:53
Banqladeşdə fabrik yaxınlığında qaz balonlarının partlaması nəticəsində 7 nəfər ölüb
Digər ölkələr04:19
Yer kürəsinin forması tədricən dəyişir
Elm və təhsil03:48
Rusiya Dövlət Dumasına seçkilərdə səslərin 52 faizi hesablanıb - YENİLƏNİB
Region03:13
Qətər 580 milyard dollarlıq aktivlərin idarə olunması üçün yeni investisiya platforması yaradacaq
Biznes02:46
ABŞ İranla əlaqəli 109 ticarət gəmisinin istiqamətini dəyişdirib
Digər ölkələr02:25