Şəki sakini traktor qoşqusunun altında qalaraq ölüb

Hadisə
  • 02 dekabr, 2016
  • 07:37
Şəki sakini traktor qoşqusunun altında qalaraq ölüb

Şəki. 2 dekabr. REPORT.AZ/ Şəki rayonunda bədbəxt hadisə baş verib. 

"Report" Şimal-qərb bürosununun məlumatına görə, rayon sakini Asim Mustafazadə özünə məxsus "MTZ-80" traktor qoşqusunun altında qalaraq ölüb. Hadisə A.Mustafazadənin traktordan məişət tullantılarını boşaldarkən baş verib. 

Faktla bağlı araşdırmalara başlanılıb.