​Səbail rayonunda köməksiz vəziyyətdə qalan şəxs xilas edilib

Hadisə
  • 24 aprel, 2015
  • 01:56
​Səbail rayonunda köməksiz vəziyyətdə qalan şəxs xilas edilib

Bakı. 24 aprel. REPORT.AZ/ Bakının Səbail rayonunda mənzildə 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

"Report" xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, qurumun xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Xilasedicilər mənzilin qapısını açaraq vətəndaşı xilas ediblər və aidiyyəti üzrə təhvil veriblər.