Samir Piriyevin Kamran Həsənlidən şikayəti əsasında cinayət işi başlanıb

Hadisə
  • 10 mart, 2016
  • 12:35
Samir Piriyevin Kamran Həsənlidən şikayəti əsasında cinayət işi başlanıb

Bakı. 10 mart. REPORT.AZ/ Müğənni Samir Piriyevin dələduzluqla üzləşməsi faktı üzrə Nərimanov Rayon Prokurorluğunda cinayət işi başlanıb.

Bu barədə “Report”a Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov məlumat verib.

Cinayət işi Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə qaldırılıb.

Araşdırmalar davam etdirilir.

Qeyd edək ki, S.Piriyev mətbuata açıqlamasında teleaparıcı Kamran Həsənlinin ona qarşı 80 min dollar məbləğində dələduzluq etdiyini bildirib.

44 - Tezliklə