Şamaxıda tanışını balta ilə vuran şəxsə hökm oxunub
- 09 mart, 2017
- 09:34
Bakı. 9 mart. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Hümbət Zeynalovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
"Report"un məlumatına görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə H.Zeynalov 6 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, ittiham aktına əsasən, ötən il Şamaxı rayonunda H.Zeynalov mübahisə zəminində tanışı Abid Sultanovu balta ilə vurub. Xəstəxanaya aparılan yaralının həyatını xilas etmək mümkün olub. Sonra H.Zeynalov polis əməkdaşları tərəfindən saxlanılıb.
H.Zeynalov Cinayət Məcəlləsinin 126.2.4-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ümumi təhlükəli üsulla, xuliqanlıq niyyəti ilə) maddəsi ilə ittiham olunub.