Şamaxıda 17 yaşlı gənc qayadan yıxılıb - FOTO
Hadisə
- 21 dekabr, 2017
- 16:00
Şamaxı. 21 dekabr. REPORT.AZ/ Şamaxı rayonunda 17 yaşlı gənc qayadan yıxılıb.
"Report"un Şirvan bürosunun məlumatına görə, rayonun Böyük Xınıslı kənd sakini, 2000-ci il təvəllüdlü Nahid Seymur oğlu Abdullayev yaşadıqları evin yaxınlığındakı Gülüstan dağından düşüb.
Ailəsinin köməyi ilə qayalıq ərazidən çıxarılan yaralı Şamaxı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Xəstəxananın Cərrahiyyə şöbəsindən "Report"un yerli bürosuna verilən məlumata görə, Nahid Abdullayev kəllə-beyin travması, bədənin müxtəlif nahiyəsinin cırılmış-əzilmiş yaraları ilə xəstəxanaya gətirilib, ona ilkin yardım göstərilərək şöbəyə yerləşdirilib. Xəstənin vəziyyəti kafidir.
Onun dağda gəzərkən qəfildən ayağının sürüşərək qayadan yıxıldığı bildirilir.
Son xəbərlər
16:36
Prezident: Biz intiqamımızı döyüş meydanında artıqlaması ilə aldıq
Xarici siyasət16:35
Kubanıçbek Ömüralıyev İlham Əliyevə: Ümumi qardaşlıq naminə göstərdiyiniz səyləri yüksək qiymətləndiririk
Xarici siyasət16:34
Foto
AKTA-nın təşkilatçılığı ilə "Kibertəhsil və süni intellekt" mövzusunda şəbəkələşmə görüşü keçirilib
İKT16:33
ABŞ Qırmızı dənizdə təhlükəsizlik məsələsində dəyişikliklər gözləyir
Digər ölkələr16:30
"Bank of Baku"da səhiyyə işçilərinə özəl fürsət var: 80.000 AZN-dək kredit 0 % komissiya ilə
Maliyyə16:30
İlham Əliyev: Bu gün Qarabağda və Şərqi Zəngəzurda artıq 48 şəhər və kənddə insanlar yaşayır
Xarici siyasət16:28
Prezident: Biz hər zaman İslam həmrəyliyini əməli-praktiki addımlarla gücləndirməyə çalışmışıq
Xarici siyasət16:27
İlham Əliyev: Ermənistanla Azərbaycan arasında sülh prosesi əminəm ki, uzunmüddətli olacaq
Daxili siyasət16:25
Foto