Şamaxı-Muğanlı yolunda avtomobillərin hərəkəti bərpa olunub - YENİLƏNİB-3 - VİDEO
- 13 yanvar, 2024
- 17:07
Yeniliklərdən dərhal xəbərdar olun!
Şamaxı-İsmayıllı avtomobil yollarında hərəkət təşkil olunur.
DİN-in Mətbuat Xidmətindən “Report”a bildirilib ki, yollara xüsusi avtomobillərlə qum və duz səpilir.
Hərəkət dayandırılmayıb. Tədbirlər davam edir.
20:47
Şamaxı-Muğanlı yolunda avtomobillərin hərəkəti bərpa olunub.
"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, əraziyə Daxili İşlər Nazirliyinin əməkdaşları və aidiyyəti qurumların xeyli sayda canlı qüvvəsi və texnikası cəlb edilib.
İsmayıllı yolunda isə vəziyyət ağır olaraq qalır. Hazırda həmin ərazidə də təxirəsalınmaz zəruri işlər həyata keçirilir.
20:39
Şamaxı-İsmayıllı avtomobil yollarında hava şəraiti ilə əlaqədar əraziyə polis əməkdaşları əlavə heyətlə xidmətə çıxarılıb.
DİN-in mətbuat xidmətindən "Report"a bildirilib ki, polis əməkdaşları tərəfindən zəruri tədbirlər görülür. Avtomobillərdə olan şəxslərin vəziyyəti öyrənilməklə sürücü və sərnişinlərə köməklik göstərilir, vətəndaşların təhlükəsizliyi təmin olunur.
DYP ilə yanaşı, Şamaxı, İsmayıllı və Ağsu rayon polis şöbələrinin əməkdaşları ərazidə xidmətə cəlb edilib.
Tədbirlər davam edir.
20:29
Güclü qar səbəbindən Şamaxı-İsmayıllı avtomobil yolunu bağlayıb.
"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hazırda ərazidə 200-dən artıq avtomobil yolda qalıb.
İlkin məlumatlara əsasən, Muğanlı yolunda qar daha keçilməz xarakter daşıyır. Qarın qalınlığı 10 sm-dən artıqdır və yollar buz bağlayıb.
Yolların buz bağlaması səbəbindən ərazidə bir neçə zəncirvari qəzalar da meydana gəlib.
Əraziyə polis əməkdaşları cəlb olunub. Hazırda vəziyyətin aradan qaldırılması istiqamətində zəruri tədbirlər həyata keçirilir.