Salyanda zəncirvari yol qəzası olub, xəsarət alanlar var
Hadisə
- 15 dekabr, 2025
- 03:53
Salyanda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un Aran bürosunun məlumatına görə, hadisə gecə saatlarında Ələt-Astara magistral yolunun rayonun Çuxanlı kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, "Opel" və "Mercedes" markalı avtomobillər ağır tonnajlı yük maşını ilə toqquşub. Qəza nəticəsində Astara rayon sakinləri; 1988-ci il təvəllüdlü Məhərrəmov Vahid Xandadaş oğlu, 1982-ci il təvəllüdlü Kamilova Vüsalə Kamil qızı, 1983-cü il təvəllüdlü Qafarov Mərahim Ələddin oğlu və 1978-ci il təvəllüdlü Sultanov Məmmədağa Sədyət oğlu müxtəlif dərəcəli xəsarət alıblar.
Xəsarət alanlar Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
17:01
Beynəlxalq axtarışda olan şəxs Qazaxıstandan Azərbaycana ekstradisiya edilib
Hadisə16:59
Gürcüstanda azərbaycandilli məktəblərin ibtidai sinif müəllimləri üçün təlim proqramı hazırlanıb
Elm və təhsil16:59
"Levante"nin futbolçusu Mark Santos Lamin Yamalın rekordunu yeniləyib
Futbol16:57
Azərbaycanda avtobus istehsalı 64 %-dən çox artıb
Sənaye16:54
Hörmüz boğazından keçən gəmilərin sayı 6 dəfə azalıb
İnfrastruktur16:49
Seutada qeyri-qanuni miqrantların qəbulu üçün müvəqqəti mərkəzlər açılacaq
Digər ölkələr16:49
Avqustun 20-dən şagirdlərin elektron yerdəyişməsi başlayır
Elm və təhsil16:45
Azərbaycan tomat ixracından gəlirini 10 %-ə yaxın artırıb
Biznes16:32