Salyanda yol qəzasında xəsarət alanların kimliyi məlum olub - YENİLƏNİB

Hadisə
  • 22 mart, 2022
  • 13:50
Salyanda yol qəzasında xəsarət alanların kimliyi məlum olub - YENİLƏNİB

Salyanda baş verən yol qəzasında xəsarət alanların kimliyi məlum olub.

"Report"un Muğan bürosunun məlumatına görə, bunlar Salyan rayon sakinləri - "VAZ 2106"-nın sürücüsü, 1993-cü il təvəllüdlü Cəbrayılov Bürhan Zəfər oğlu, "VAZ 2107"-nın sürücüsü, 1992-ci il təvəllüdlü Usubov Elmir Aslan oğlu və sərnişin, 1937-ci il təvəllüdlü Məlikova Səyyarə Cəbrayıl qızıdır.

Xəsarət alanların müalicəsi xəstəxanada davam edir.

16:39

Salyanda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə Salyan şəhərinin Bayraq meydanının yaxınlığında qeydə alınıb.

Hadisə zamanı iki minik avtomobili toqquşub.

Nəticədə hər iki avtomobilinin sürücüsü və bir qadın sərnişin xəsarət alıblar. Onlar Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı aradırma aparılır.