Salyanda yol qəzası baş verib, 3 nəfər yaralanıb
Hadisə
- 01 yanvar, 2016
- 06:49
Bakı. 1 yanvar. REPORT. AZ / Yeni ilin ilk günündə Salyanda 3 nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib.
"Report" xəbər verir ki, hadisə rayonun Aşağı Kürkənd kəndi ərazisində qeydə alınıb.
Aşağı Kürkənd sakini, 26 yaşlı Vasif Məhəbbət oğlu Axundzadə idarə etdiyi "Jiquli" markalı avtomobil ilə hərəkətdə olarkən, qarşıdan gələn digər maşınla toqquşub. Qəza nəticəsində Vasif Axundzadə, sərnişinlərdən Aşağı Kürkənd sakini, 26 yaşlı Murad Xalid oğlu Alışov və Əliyar Nəzirov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar dərhal Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
21:05
Azərbaycan millisi Andorra yığması ilə yoldaşlıq oyunu keçirəcək
Futbol20:55
Xocavənddə traktor minaya düşüb, sürücü xəsarət alıb - YENİLƏNİB
Hadisə20:55
Sürücü hesablarını blokladığına görə "Uber"i 825 milyon avro cərimə gözləyir
Digər ölkələr20:43
Rusiyanın Krivoy Roqa endirdiyi zərbə nəticəsində yaralananların sayı 103-ə çatıb – YENİLƏNİB-2
Digər ölkələr20:39
Göyçayda avtomobil aşıb, xəsarət alanlar var
Hadisə20:14
Türkiyədə mədəndə uçqun olub, ölən və xəsarət alanlar var
Region20:05
Bitkoin həftə ərzində 23% bahalaşaraq may ayından bəri ən yüksək səviyyəyə çatıb
İqtisadiyyat19:44
Çimərlik güləşi üzrə Azərbaycan millisi Bakıda keçiriləcək yarışlara hazırlığı davam etdirir
İdman19:41