Salyanda minik avtomobili yük maşınına çırpılıb, xəsarət alanlar var

Hadisə
  • 17 noyabr, 2025
  • 08:43
Salyanda minik avtomobili yük maşınına çırpılıb, xəsarət alanlar var

Salyan rayonu ərazisində ağır yol qəzası baş verib.

"Report"un Aran bürosunun məlumatına görə, hadisə yeni Ələt-Astara magistral yolunda rayonun Çuxanlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "KİA" markalı minik avtomobili qarşıda gedən "KaMAZ" markalı yük maşınına çırpılıb.

Qəza nəticəsində Şirvan şəhər sakinləri - 1967-ci il təvəllüdlü Nuriyeva Gülmira Nuhu qızı, 1993-cü il təvəllüdlü Nuriyev Aqil Abdul oğlu və Bakı şəhər sakini, 2013-cü il təvəllüdlü Əmrahzadə Şəmistan İntiqam oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Onlar Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. İlk tibbi yardımdan sonra Ş. Əmrahzadə Bakıdakı xəstəxanalardan birinə göndərilib. Faktla bağlı araşdırma aparılır.