Salyanda minik avtomobili aşıb, 3 nəfər xəsarət alıb
Hadisə
- 15 avqust, 2024
- 15:56
Salyanda yol-nəqliyyat hadisəsi zamanı 3 nəfər xəsarət alıb.
“Report”un Aran bürosunun məlumatına görə, hadisə rayonun Qarabağlı kəndi ərazisində qeydə alınıb.
Belə ki, hərəkətdə olan “Hyundai” markalı minik avtomobili idarəetməni itirərək yolun kənarına aşıb və piyada, rayonun Qarabağlı kənd sakini, 1984-cü il təvəllüdlü Orucov Layiq Faiq oğlunu vurub.
Qəza nəticəsində piyada, avtomobildə olan rayonun Qarabağlı kənd sakinləri, 1979-cu il təvəllüdlü Mustafayev Rauf Zabil oğlu və onun qardaşı, 1981-ci il təvəllüdlü Mustafayev Zamin Zabil oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.
Xəsarət alanlar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
19:38
Foto
Hesablama Palatası iki dövlət qurumunda yoxlamalar aparıb
Maliyyə19:24
Foto
Azərbaycan və Belarus arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib
Xarici siyasət19:22
"Əhmədli" stansiyasında sərnişin qatar yoluna düşüb
Hadisə19:15
Polşa səfiri Azərbaycan XİN-ə çağırılıb: TVP-nin qərəzli süjetinə görə etiraz notası təqdim edilib
Xarici siyasət19:15
Nepalda daşqınlar nəticəsində ölənlərin sayı 579-a çatıb - YENİLƏNİB-2
Digər ölkələr19:06
Tibb və təhsil işçilərinə güzəştli kredit imkanı – illik 8,5%-dən
Maliyyə19:02
Foto
Qol güləşi üzrə Naxçıvan birinciliyi keçirilib
Fərdi18:41
Özbəkistan Prezidenti ölkəsinin Qoşulmama Hərəkatına sədrliyi dövründəki məqsədləri barədə danışıb
Digər ölkələr18:16