Salyanda güclü külək əhalini işıqsız qoyub
Hadisə
- 17 noyabr, 2015
- 21:39
Bakı. 18 noyabr. REPORT.AZ/ Güclü külək Salyan şəhərinin bir hissəsini işıqsız qoyub.
"Report" xəbər verir ki, saat 17:30 radələrində 10-15 dəqiqəlik əsən güclü külək şəhərin Təbriz Xəlilbəyli küçəsindəki "Şelli" məscidi yaxınlığındakı nəhəng qovaq ağacını kökündən qoparıb.
Nəticədə ağac elektrik dirəyinin üzərinə düşərək naqilləri sıradan çıxarıb ki, bu da şəhərin Heydər Əliyev prospekti, Əliağa Kürçaylı, Təbriz Xəlilbəyli, Nəriman Nərimanov, Əli bəy Hüseynzadə, Yunis Zərgərli və daha 4 küçəsinin əhalisinin işıqsız qalmasına gətirib çıxarıb.
Sözügedən ağac kəsilərək küçədən yığışdırılıb. Elektrik dirəyi və naqillər axşam saat 22:23 radələrində bərpa edilib.
Son xəbərlər
21:52
Foto
Video
UEFA Çempionlar Liqası: "Sabah" - "Hapoel" oyununda ikinci hissə başlayıb - YENİLƏNİB-4
Futbol21:44
Ərdoğan: Məqsədimiz regionda ədalət, təhlükəsizlik və rifahı təmin etməkdir
Region21:31
Kanada ABŞ-dən idxal olunan mallara 50%-dək rüsum tətbiq edir
Digər ölkələr21:30
Köçəryanın işi üzrə altı nəfərin həbsi barədə məhkəməyə vəsatətlər verilib - YENİLƏNİB-4
Region21:22
Belarus Prezidenti Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
Xarici siyasət21:21
Liam Delap "Çelsi"ni "Nottinqem Forest"ə dəyişir
Futbol21:19
Vladimir Putin Mehriban Əliyevanı təbrik edib
Xarici siyasət21:18
İranın vitse-prezidenti: Hörmüz boğazı İranın mülkiyyətidir
Digər ölkələr21:08