Salyanda avtomobilin kanala aşması nəticəsində 1 nəfər ölüb, 5 nəfər xəsarət alıb
Hadisə
- 31 avqust, 2025
- 11:37
Salyanda hərəkətdə olan minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı kanala aşıb.
"Report"un Aran bürosunun məlumatına görə, hadisə rayonun Dayıkənd kəndi ərazisində qeydə alınıb.
Qəza nəticəsində rayonun Arbatan kənd sakinləri - 1991-ci il təvəllüdlü Rüstəmov Həsən Rafət oğlu, 1976-cı il təvəllüdlü Məhərrəmov Taleh Əkbər oğlu; Salyan şəhər sakinləri - 2006-cı il təvəllüdlü Yaqubova Lalə Fikrət qızı, 2023-cü il təvəllüdlü Əhmədov Miryusif Mirəli oğlu, 1958-ci il təvəllüdlü Yaqubova Bəsirə Sabir qızı və Yaqubova Xalidə Sabir qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Onlar Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Yaralılardan Xalidə Yaqubovanın həkiməqədər ölüm faktı qeydə alınıb.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
12:40
Azərbaycandakı bankların Mərkəzi Bank qarşısında öhdəliyinin məbləğinə görə renkinqi (01.10.2025)
Maliyyə12:33
Nazir müavini: Azərbaycanda hər iki tələbədən biri dövlət sifarişi əsasında təhsil alır
Digər12:33
Bakıda gecə saatlarında avtoxuliqanlıq edən 4 sürücü saxlanılıb
Hadisə12:20
Azərbaycandakı bankların depozit portfelinin məbləğinə görə renkinqi (01.10.2025)
Maliyyə12:15
Azərbaycan qarğıdalı idxalını 42 %-dən çox azaldıb
Biznes12:13
Foto
Aİ-nin Azərbaycandakı Nümayəndəliyi "Avropada Təhsil" sərgisi keçirir
Elm və təhsil12:04
Aİ səfiri: Ermənistan-Azərbaycan normallaşma prosesindəki son qərarlar sülhə töhfə verəcək
Xarici siyasət12:00
Azərbaycanın boccia idman növü üzrə paralimpiyaçıları Qazaxıstandakı turnirə qatılırlar
Fərdi12:00