Salyanda avtomobil yolu keçmək istəyən piyadanı vurub
Hadisə
- 05 avqust, 2017
- 04:09
Salyan. 5 avqust. REPORT.AZ/ Salyan rayonunda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.
“Report”un Aran bürosu xəbər verir ki, hadisə Ələt-Astara magistralında, Bayraq meydanı yaxınlığında qeydə alınıb.
Belə ki, rayonun Aşağı Noxudlu kənd sakini, 31 yaşlı Röyal Rafət oğlu Kazımov yolu keçmək istəyən zaman “Mercedes” markalı avtomobil onu vurub. Müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan yaralı Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Xəstəxanada yaralıya ilk tibbi yardım göstərildikdən sonra, o, reanimasiya şöbəsinə yerləşdirilib.
R.Kazımovun vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
10:52
DYP Formula-1 ilə əlaqədər sürücülərə müraciət edib
Digər10:41
Azərbaycanda yeni kalsinasiya və anodbişirmə zavodu tikiləcək
Sənaye10:39
Xankəndi stadionunda təmir işlərinin sentyabrın sonunadək başa çatdırılması planlaşdırılır
Futbol10:38
Qazaxıstan infrastrukturun inkişafına 6 milyard dollar cəlb etməyi planlaşdırır
Region10:37
İsti Briketlənmiş Dəmir zavodunun təchizatı üçün qaz kəməri əsaslı təmir ediləcək
Sənaye10:37
Naxçıvanda daşınmaz əmlakın dövlət qeydiyyatı 20 %-ə yaxın artıb
İnfrastruktur10:34
Naxçıvanda tanınmış atlet dələduzluqda təqsirli bilinərək həbs edilib
Hadisə10:33
Foto
Dövlət Xidməti Bərdədə gənclər üçün tədbir keçirib
Sosial müdafiə10:32