Salyandakı avtoqəzada xəsarət alanların kimliyi müəyyənləşib - YENİLƏNİB
- 28 yanvar, 2026
- 12:40
Salyandakı avtoqəzada xəsarət alanların kimliyi müəyyənləşib.
"Report"un Aran bürosunun məlumatına görə, həmin şəxslər Salyan rayon Quyçu kənd sakinləri 1946-cı il təvəllüdlü Hüseynova Naibə Ağəli qızı, onun gəlini, 1969-cu il təvəllüdlü Hüseynova Dilarə Əlihüseyn qızıdır.
D.Hüseynovanın vəziyyətinin ağır olduğu bildirilir. Digər xəsarət alan bir nəfər isə tibbi yardımdan imtina edib.
Salyan rayonunda baş verən avtomobil qəzasında xəsarət alanlar var.
"Report"un Aran bürosunun məlumatına görə, hadisə köhnə Ələt-Astara magistralının rayonun Seyidsadıqlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
"BMW" və "VAZ-2107" markalı avtomobillərin toqquşması nəticəsində hələlik şəxsiyyəti dəqiqləşdirilməyən üç nəfər xəsarət alıb. Onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.