Salyandakı avtomobil qəzasında xəsarət alanların vəziyyəti açıqlanıb - YENİLƏNİB

Hadisə
  • 08 yanvar, 2026
  • 10:29
Salyandakı avtomobil qəzasında xəsarət alanların vəziyyəti açıqlanıb - YENİLƏNİB

Salyan rayonunda baş verən avtomobil qəzasında xəsarət alan dörd nəfərin vəziyyəti məlum olub.

"Report"un Aran bürosunun sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib ki, Salyanda qeydə alınan yol-nəqliyyat hadisəsi ilə əlaqədar yanvarın 8-i saat 04:50 radələrində Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə dörd nəfər (iki qadın, iki kişi) hospitalizasiya oıunub.

Müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib.

Hazırda müalicələri davam etdirilir, vəziyyətləri orta ağırdır.

Salyanda avtomobilin maneəyə çırpılması nəticəsində dörd nəfər xəsarət alıb.

"Report"un Aran bürosunun məlumatına görə, hadisə köhnə Ələt-Astara magistralının rayonun "PMK-9" deyilən ərazisində qeydə alınıb.

Belə ki, "Mercedes" markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarındakı maneəyə çırpılıb. Qəza nəticəsində Salyan rayon sakinləri; 1979-cu il təvəllüdlü Əhmədova Aynurə Əzizəli qızı, 1988-ci il təvəllüdlü Əzizova Günel Roman qızı, 1991-ci il təvəllüdlü Allahverdiyev Heybət Rafət oğlu və Bakı sakini, 2002-ci il təvəllüdlü Əhmədov Əhməd Aşur oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Bütün Xəbər Lenti