Salyanda ağır yol qəzası baş verib, yaralananlar var
Hadisə
- 19 iyul, 2016
- 13:21
Salyan. 19 iyul. REPORT. AZ / Salyan rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. “Report”un Aran bürosu xəbər verir ki, hadisə bu gün günorta satlarında Ələt-Astara magistral yolunun rayonun Marışlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, “Kamaz”markalı yük maşını ilə minik avtomobili toqquşub. Hadisə zamanı minik avtomobilinin sürücüsü Murad Ağamalıyev və onun sərnişini Salyanın Yenikənd kənd sakini, 24 yaşlı Nuranə Xanlar qızı Rzayeva müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralılar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılaraq onlara tibbi yardım göstərilib.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
01:58
ABŞ İranın cənub-qərbindəki Əhvaz bölgəsinə zərbə endirib
Region01:31
Zelenski: Ukrayna Rusiyanın hava məkanının bloklanması kampaniyasına başlayır
Digər ölkələr01:01
Rusiya Prezidenti regionda sülhün Ermənistan üçün müsbət cəhətlərindən danışıb
Region00:50
Putin: Rusiya hərbçiləri hətta sabah Ermənistanı tərk etməyə hazırdır
Region00:43
Niderland polisi ölümlə nəticələnən atışmadan sonra 34 nəfəri həbs edib
Digər ölkələr00:17
Foto
Video
Sumqayıtda kişi öz valideyninin evini yandırıb
Hadisə00:03
"Tasnim": ABŞ-nin bombardmanı nəticəsində yaralananların sayı 50-yə çatıb, ölənlər var – YENİLƏNİB-3
Region23:38
SEPAH: ABŞ-nin MQ9 PUA-sı zərərsizləşdirilib
Region23:14