Salyanda ağır yol qəzası baş verib: 3 nəfər xəsarət alıb
Hadisə
- 26 yanvar, 2016
- 15:06
Bakı. 26 yanvar. REPORT.AZ/ Salyanda üç nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. "Report" xəbər verir ki, hadisə rayonun Heydər Əliyev prospektində qeydə alınıb.
Belə ki, "QAZ-24" markalı avtomobillə "VAZ-2107" markalı maşın toqquşub. Nəticədə "Jiquli"də olan sərnişinlər - Salyan rayon sakinləri, 29 yaşlı Ülviyyə Fəxrəddin qızı Ağalarova, 25 yaşlı Gülər İlqar qızı Səlimli və 29 yaşlı Natəvan Nizami qızı Adıgözəlova müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı Salyan Rayon Polis Şöbəsində araşdırma aparılır.
Son xəbərlər
14:27
Emin İskəndərov: "Dünya çempionatında qızıl və gümüş medal qazanmaq böyük nəticədir"
Fərdi14:09
Foto
Video
Oğuzda avtomobil aşıb, 7 nəfər xəsarət alıb - YENİLƏNİB
Hadisə14:06
Foto
Azərbaycan badmintonçuları beynəlxalq turnirdə 17 medal qazanıblar
Fərdi14:00
Azər Məmmədov Qaxda vətəndaşları qəbul edəcək
Energetika13:52
Xocavənd sakini: 24 yaşında çıxdığım yurdumuza indi 7 nəvəmlə qayıdıram
Daxili siyasət13:45
Türkiyəli general: Azərbaycan və Özbəkistan çox ciddi resurslara malikdirlər
Region13:44
"Tottenhem" "Mançester Siti"nin futbolçusu Savinyonu transfer edib
Futbol13:40
Azərbaycan Suriya və Kolumbiyadan limon və laym idxalını bərpa edib
Biznes13:35