Hacıqabulda silahlı insident nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb - YENİLƏNİB-2
- 31 iyul, 2017
- 03:44
Hacıqabul. 31 iyul. REPORT.AZ/ Hacıqabulda silahlı insident nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb.
"Report"un Aran bürosu xəbər verir ki, naməlum silahlı şəxs evə girərək 4 nəfəri qətlə yetirib, daha sonra özünü öldürüb.
Öldürülənlər bir ailənin üzvləri olublar. Bunlar Namiq və Nazim Məmməd oğlu Qəmbərovlar, həmçinin Gülbağda və Almara Məmməd qızı Qəmbərovalardır.
***07:00
Hacıqabul. 31 iyul. REPORT.AZ/ Hacıqabulda 2 nəfərin öldürülməsi, 1 nəfərin ağır yaralanması ilə nəticələnən silahlı insidentin bəzi təfərrüatları məlum olub.
"Report"un Aran bürosu xəbər verir ki, hadisə bir nəfərin Bayram İbrahimov küçəsində yerləşən evə silahlı basqın etməsi nəticəsində baş verib.
Öldürülənlərin bir ailənin üzvləri olduğu bildirilir. Qətlə yetirilən şəxslərdən biri qadındır. Onun meyiti Məhkəmə Tibbi Ekspertiza və Paraloji Anatomiya Birliyinin Şirvan şəhər şöbəsinə təhvil verilib.
İnsident zamanı ağır odlu silah yarası alan digər şəxs Hacıqabul xəstəxanasına yerləşdirilib.
Hadisəni törədən şəxs hazırda evdədir. Polis evi mühasirəyə alıb. Caninin tərki-silah edilərək yaxalanması istiqamətində əməliyyat tədbirləri görülür.
***06:16
Hacıqabul. 31 iyul. REPORT.AZ/ Səhər saatlarında Hacıqabul rayonunda silahlı insident baş verib.
"Report"un Aran bürosu xəbər verir ki, rayonun naməlum şəxs tərəfindən 2 nəfər güllələnərək qətlə yetirilib, 1 nəfər isə ağır odlu silah yarası alıb.
Hadisənin kim tərəfindən və hansı məqsədlə törədildiyi məlum deyil.
Faktla bağlı hüquq-mühafizə orqanlarında araşdırma aparılır.