Salyanda 11 yaşlı uşaq ölüb, xəstəxana ilkin səbəbi açıqlayıb
Hadisə
- 05 yanvar, 2026
- 16:35
Salyan şəhərində 11 yaşlı məktəblinin ölümünün səbəbi məlum olub.
Salyan Rayon Mərkəzi Xəstəxanasından "Report"un Aran bürosunun sorğusuna cavab olaraq məlumat verilib ki, yanvarın 4-də saat 17:30 radələrində 2015-ci il təvəllüdlü Nəcəfov Elcan Səfər oğlu ağır vəziyyətdə tibb müəssisəsinin Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Qeyd olunub ki, dəqiqləşdirilməmiş hiperqlikemiya diaqnozu ilə azyaşlıya zəruri tibbi xidmətlər göstərilib. Aparılan reanimasiya tədbirlərinə baxmayaraq, yanvarın 5-də 04:00 radələrində pasiyentin bioloji ölüm faktı qeydə alınıb. Ölümünə ilkin səbəb kimi hipotoniya qeyd olunub.
Meyit təşrih olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Salyan rayon şöbəsinə təhvil verilib.
Son xəbərlər
12:19
Foto
Video
DİN-in şəxsi heyəti Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
Daxili siyasət12:14
Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 48 %-ə yaxın artırıb
Biznes12:09
Moskvada faşizm üzərində qələbənin 81-ci ildönümü münasibətilə parad keçirilib
Region12:06
Sabah 28 dərəcə isti olacaq
Ekologiya11:54
Yevdokimov: Rusiya Azərbaycanın faşizm üzərində qələbəyə töhfəsini yüksək qiymətləndirir
Xarici siyasət11:54
Foto
Faşizm üzərində Qələbə uğrunda mübarizədə həlak olan Azərbaycan övladlarının xatirəsi ehtiramla anılıb
Daxili siyasət11:50
Foto
İlham Əliyev və Mehriban Əliyeva Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər
Daxili siyasət11:46
Qriqoryan: Azərbaycan və Ermənistan sərhəd delimitasiyası üzrə üç sənəd layihəsini razılaşdırıb
Region11:45