Salyanda 1 gündən çox elektrik dirəyində qalan pişik xilas edilib - VİDEO - YENİLƏNİB
Hadisə
- 24 fevral, 2019
- 17:20
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Video əlavə olunub
***19:51
Salyan. 24 fevral. REPORT.AZ/ Salyan rayonunda köməksiz vəziyyətdə qalan pişik xilas edilib.
“Report”un Aran bürosu xəbər verir ki, bu maraqlı hadisə rayonun Şorsulu kəndində baş verib.
Sahibsiz itlərdən xilas olmaq üçün elektrik dirəyinə dırmaşan pişik 1 gündən çox ac-susuz köməksiz vəziyyətdə qalıb. Onun səsini eşidən kənd sakinləri həmin əraziyə gəliblər.
Heyvanın xilası üçün Salyan Elektrik Şəbəkəsinin Şorsulu kəndi üzrə elektriki Həsən Hüseynov hadisə yerinə çağrılıb. Təhlükəsizliyi təmin etmək məqsədi ilə əvvəlcə elektrik verilişi dayandırılıb, sonra elektrik dirəyə çıxıb və pişiyi heç bir xəsarət yetirmədən aşağı düşürüb. Xilas olunan pişik küçəyə buraxılıb.
Salyanda 1 gündən çox elektrik dirəyində qalan pişik xilas edilib - VİDEO - YENİLƏNİB
Son xəbərlər
04:20
JP: Qətər ABŞ-nin İrana mümkün hücumunu təxirə salıb
Digər ölkələr
04:06
ABŞ-də üç nəfər Britaniya aviabazasında terror aktı hazırlamaqda ittiham olunub
Digər ölkələr
03:42
ABŞ Nümayəndələr Palatası Pit Heqsetin impiçmenti təşəbbüsünü bloklayıb
Digər ölkələr
03:21
İstanbulda silahlı hücum zamanı üç nəfər yaralanıb
Region
03:17
Beyrutda İraq parlamentinin keçmiş deputatının meyiti aşkarlanıb
Digər ölkələr
02:41
Ukrayna Prezidenti: Rusiya Əbu-Dabi danışıqlarında Donbasdakı vəziyyəti təhrif edib
Digər ölkələr
02:39
Yunanıstanda sualtı elektrik xətti tikiləcək
Digər ölkələr
02:29
Serbiyanın Atəşkəs Günündə altı topdan on yaylım atəşi açılıb
Digər ölkələr
02:02
İsrail HƏMAS-ın tərk-silah olunması ilə bağlı vasitəçilərə çağırış edib
Digər ölkələr