Salyanda yol qəzası baş verib, 3 nəfər yaralanıb
Hadisə
- 30 yanvar, 2016
- 19:23
Bakı. 30 yanvar. REPORT.AZ/ Salyan rayonunda 3 nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib.
"Report" xəbər verir ki, hadisə bu gün axşam saatlarında Ələt-Astara magistral yolunun Salyanın Quyçu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Salyanın Sarvan kənd sakini, 53 yaşlı Xudayar Allahyar oğlu Əzimovun idarə etdiyi "Qazel" markalı yük maşını hərəkətdə olarkən əks istiqamətdən gələn "Mitsubishi" markalı avtomobillə toqquşub. Nəticədə "Qazel"in sürücüsü və minik avtomobilində olan Şirvan şəhər sakinləri - 55 yaşlı Xudaş Qayım oğlu Ağamalıyev, 52 yaşlı Qeys Vəkil oğlu Quliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Faktla bağlı BDYPİ-də araşdırma aparılır.
Son xəbərlər
19:56
Ərdoğan BMT-də Fələstin məsələsinə diqqət çəkib
Region19:54
Aİ-nin daimi nümayəndələri Rusiyaya qarşı sanksiyaların 3 il uzadılması barədə razılığa gəliblər
Digər ölkələr19:46
Tramp: ABŞ Kubada fundamental dəyişikliklərə nail olmağa çalışır
Digər ölkələr19:42
Bakıda yerləşən ali təhsil müəssisələrində tədris distant təşkil olunacaq
Elm və təhsil19:40
ABŞ Rusiya-Ukrayna münaqişəsinin yekunlaşması üzərində işləyir
Digər ölkələr19:37
Tramp ABŞ-dəkı seçkilərdən sonra İranla razılaşmanı mümkün hesab edir
Digər ölkələr19:30
Fatih Birol: Enerji təhlükəsizliyi görünməmiş risklərlə üzləşir
Region19:27
Rəhman Daşdəmirov: "Tacikistan yığmasını yaxşı təhlil etmişik"
Futbol19:23