Sabunçuda 29 yaşlı gənc bıçaqlanıb
Hadisə
- 01 sentyabr, 2014
- 07:41
Bakı. 1 sentyabr.REPORT.AZ/ Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib. Sabunçu rayon Polis İdarəsindən (RPİ) Report-a verilən məlumata görə, hadisə zamanı Sabunçu qəsəbə sakini 29 yaşlı Anar Mirzəyev bıçaqlanıb.
Yaralı ağır vəziyyətdə 3 saylı Şəhər Xəstəxanasına çatdırılıb. Müayinə zamanı həkimlər onun bədəninin müxtəlif nahiyələrində çoxsaylı bıçaq yaraları aşkar ediblər. Hadisə barədə isə Sabunçu RPİ və 12-ci polis bölməsində araşdırma başlanılıb.
İlkin məlumata görə, Anar Mirzəyev yaşadığı evin yaxınlığında hələlik məlum olmayan səbəblərdən tanımadığı şəxslə mübahisə edib və nəticədə bıçaqlanıb.
Polislər həmin şəxsin axtarışlarını davam etdirir.
Son xəbərlər
22:50
Maduronun işi üzrə məhkəmə prosesinin başlanma tarixi açıqlanıb
Digər ölkələr22:33
Yuri Vernidub: "Məğlubiyyətə görə mən günahkaram"
Futbol22:23
Ukraynanın HHM-nin gücləndirilməsi ABŞ və NATO-nun gündəmindədir
Digər ölkələr22:14
Aleksandr Şaqoyko: "Neftçi" ilə cavab matçında səhvlərimizi aradan qaldırmağa çalışacağıq"
Futbol22:14
Argentina Futbol Assosiasiyasının rəhbəri ABŞ-dən gedərkən hava limanında saxlanılıb
Futbol22:11
Güclü fırtına İstanbul hava limanlarının fəaliyyətini pozub
Region22:06
Naxçıvan TV-nin müvəqqəti rəhbəri dəyişib
Media21:58
Foto
Azərbaycan və El-Salvador gimnastika federasiyaları arasında Anlaşma Memorandumu imzalanıb
Fərdi21:55