Sabunçuda yük avtomobillərinin akkumlyatorlarını oğurlayanlar saxlanılıblar
Hadisə
- 18 yanvar, 2023
- 07:56
Paytaxtın Sabunçu rayonunda yük avtomobillərinin akkumlyatorlarını oğurlayan şəxslər saxlanılıblar.
Bu barədə "Report"a DİN-in Mətbuat Xidmətindən məlumat verilib.
Belə ki, Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində qeyd edilən oğurluqları törətməkdə şübhəli bilinən Samid Abdullayev və Elnur Ağayev tutulublar. Onların Zabrat, Sabunçu və Balaxanı qəsəbələrində yük avtomobillərinin əsasən akkumlyatorlarını oğurladıqları məlum olub.
Həmin şəxslər oğurladıqları akkumlyatorları metal qəbulu məntəqələrinə satdıqlarını etiraf ediblər.
Faktlarla bağlı 12-ci Polis Şöbəsində toplanan materiallar Sabunçu Rayon Polis İdarəsinə göndərilib, araşdırmalar davam etdirilir.
Sabunçuda yük avtomobillərinin akkumlyatorlarını oğurlayanlar saxlanılıblar
Son xəbərlər
13:35
TDT ölkələri arasında TÜRKPOL-un yaradılması təklif edilir
Xarici siyasət13:33
Foto
Azərbaycanla Türkiyə arasında sənəd imzalanıb
Energetika13:32
Türkiyəli nazir: "Azərbaycanla enerji sistemlərinin inteqrasiyası istiqamətində mühüm işlər görülür"
Energetika13:29
"Karvan-Yevlax" klubu ötən ay müqavilə bağladığı Nemət Şixamirovla yolları ayırıb
Futbol13:24
Alparslan Bayraktar: "Türkiyə "Elektrikin TANAP"ı layihəsinin COP31 çərçivəsində imzalanmasını planlaşdırır"
Energetika13:22
Alparslan Bayraktar: "Türkiyə-Azərbaycan enerji əməkdaşlığı regional və qlobal bazarlara çıxışı gücləndirir"
Energetika13:21
Foto
"Guba Open 2026" II Beynəlxalq Şahmat Festivalına yekun vurulub
Fərdi13:21
Adil Vəliyev: 12 illik tam orta təhsildən sonra 3 illik bakalavr sistemi məqsədəuyğundur
Milli Məclis13:16