Sabunçu rayonunda qəza zamanı qadın piyada vurulub - FOTO
Hadisə
- 27 dekabr, 2014
- 06:48
Bakı. 27 dekabr. REPORT.AZ/ Bakının Sabunçu rayonunda qəza zamanı qadın piyada vurulub. "Report"un məlumatına görə, qəza Şəhər şosesi döngə 5 ünvanında qeydə alınıb. Şəhər istiqamətində "Mercedes" markalı avtomobili ilə hərəkətdə olan Rəşad Bəhrəmov yolu keçmək istəyən piyada 57 yaşlı Zeynəb Qəhrəmanovanı vurub. Sürücü hadisədən dərhal sonra yaralını avtomobilinə əyləşdirərək 3 Saylı Xəstəxanaya aparıb. Xəstəxanadan piyadanın vəziyyətinin ağır olduğunu bildiriblər. Xəstəxanada olan sürücü Rəşad Bəhrəmov ifadəsinın alınması üçün Sabunçu Rayon Polis İdarəsinə aparılıb.
Faktla bağlı araşdırmalar aparılır.
Son xəbərlər
00:17
Rusiya nefti daşıyan tanker Qara dənizdə PUA hücumuna məruz qalıb
Digər ölkələr23:45
Rodri "Barselona"ya keçib
Futbol23:21
Bağdad İraq Kürdüstanının Baş nazirinin ofisinə hücumla bağlı İrandan izahat tələb edib
Region23:13
Ərdoğan Britaniyanın Baş naziri ilə regional məsələləri müzakirə edib
Region23:11
Tramp İranın ABŞ-la razılaşma imzalamağa hazır olduğuna şübhə edir.
Digər ölkələr22:52
Rusiya rəsmilərinin Azərbaycana qarşı açıqlamaları hüquqi məsuliyyət yaradır - RƏY
Xarici siyasət22:40
Brent neftinin qiyməti 91 dolları ötüb
Energetika22:35
Kim Çen In Trampın danışıqlar təklifini qəbul edib
Digər ölkələr22:33