Şabranda mağazaya basqın edən şəxslər saxlanılıb - FOTO
Hadisə
- 23 dekabr, 2016
- 15:38
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Şabran. 23 dekabr. REPORT.AZ/ Şabran rayonunda mağazaya basqın edən şəxslər saxlanılıb.
"Report"un Şimal bürosu xəbər verir ki, onlar noyabrın 27-dən 28-ə keçən gecə Şabran şəhər sakini Kamran Əmrahova məxsus "Market 777" adlanan ərzaq mağazasından gizli yolla 484 manat pul oğurlayıblar.
Aparılan araşdırmalar nəticəsində Şabran şəhər sakinləri - 23 yaşlı Elçin Abdullayev və 26 yaşlı Fərman İsbatovun mağazaya gecə vaxtı obyektin şüşəsini sındıraraq daxil olduqları müəyyənləşib. Hər iki şəxs törətdiyi əməli etiraf edib. E.Abdullayev və F.İsbatov maddi imkansızlıqdan bu yola əl atdıqlarını bildiriblər.
Faktla bağlı Şabran Rayon Polis Şöbəsinin İstintaq bölməsində araşdırma aparılır.
Son xəbərlər
00:17
Rubio və Moteqi Okinavada ABŞ dəniz piyadasının həbsini müzakirə edib
Digər ölkələr00:00
Ermənistanın Gəncədə törətdiyi dördüncü terrordan altı il ötür
Daxili siyasət23:48
Rəşad Nəbiyev Bakıda keçirilən dünya çempionatında medal qazanan idmançıları təbrik edib
Fərdi23:28
Mərmərə dənizində zəlzələ olub, İstanbulda da hiss edilib
Region22:57
Rəsmi Kiyev Trampın Ukraynada yeni prezident seçilməsinə dair sözlərinə cavab verib
Digər ölkələr22:38
Ər-Riyad hava limanı hücumlardan sonra fəaliyyətini dayandırıb
Digər ölkələr22:18
Muxtar Babayev: Türkiyənin COP31-i icraya yönəlmiş COP-a çevirmək cəhdlərini dəstəkləyirik
Xarici siyasət21:54
Foto
Cüdo üzrə dünya çempionatının bayrağı Qazaxıstana təhvil verilib
Fərdi21:50