Sabirabadda mikroavtobus yük maşını ilə toqquşub, 6 qadın, 2 kişi yaralanıb - SİYAHI - VİDEO - YENİLƏNİB-2
- 28 sentyabr, 2018
- 05:46
Yeniliklərdən dərhal xəbərdar olun!
Video əlavə olunub
*** 07:57
Sabirabad. 28 sentyabr. REPORT.AZ/ Sabirabad rayonunda mikroavtobusla yük maşınının toqquşması nəticəsində xəsarət alanların adları məlum olub.
“Report” Mil-Muğan bürosunun məlumatına görə, “Mercedes” markalı mikroavtobusla qoşqulu “KamAZ”ın toqquşması nəticəsində xəsarət alanlar aşağıdakılardır:
Mikroavtobusun sürücüsü, Qarağac kənd sakini, 1963-ci il təvəllüdlü Əliyev Cəmaləddin Əhməd oğlu;
Rayonda fəaliyyət göstərən istixanalardan birində işləyən Polad Toğayı kənd sakinləri:
1965-ci il təvəllüdlü İsayeva Qəmər Səhrab qızı
1965-ci il təvəllüdlü Şahquliyeva Gülşən Əlövsət qızı
1978-ci il təvəllüdlü İbadova Şəfiqə Tahir qızı
1967-ci il təvəllüdlü İsayeva Lətifə Abbas qızı
1993-cü il təvəllüdlü Eyvazov Oral Rövşən oğlu
1963-cü il təvəllüdlü İslamova Bircəqız Qaroğlan qızı
1963-cü il təvəllüdlü Cəfərova Zinaida
***07:06
Sabirabad. 28 sentyabr. REPORT.AZ/ Sabirabad rayonunda mikroavtobus yük maşını ilə toqquşub.
“Report” Mil-Muğan bürosunun məlumatına görə, hadisə saat 06:30 radələrində rayonun Polad Toğayı kəndi ərazisində baş verib.
Qəza nəticəsində 8 nəfər xəsarət alıb. Əksəriyyəti qadın olan yaralılar müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şirvan Şəhər Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.