Sabirabadda maşın kanala düşüb, bir ailənin iki üzvü suda boğulub - FOTO - YENİLƏNİB
- 08 may, 2019
- 19:41
Yeniliklərdən dərhal xəbərdar olun!
Sabirabad rayonunda baş verən yol qəzasında ölən və yaralananların adları məlum olub.
"Report"un yerli bürosu xəbər verir ki, lkin məlumata görə, Şamaxı rayon dövlət qeydiyyat nişanlı “VAZ-2106” markalı avtomobil idarəetməni itirərək yolun kənarındakı su kanalına düşüb. Nəticədə bir ailənin 2 üzvü - Şamaxının Göylər kənd sakini, 1955-ci il təvəllüdlü Nuhiyev Sabahəli Seyidəli oğlu, 1980-cı il təvəllüdlü Nuhiyev Zamin Sabahəli oğlu suda boğularaq ölüb. Şamaxının Göylər kənd sakini, 1965-ci il təvəllüdlü Nuhiyeva Atlas Lələ qızı isə xəsarət alıb.
21:12
Sabirabad rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un Aran bürosu xəbər verir ki, hadisə Surra-Padarçöl kəndləri ərazisindən keçən hissədə baş verib.
Ölənlərin meyitləri FHN-in xilasediciləri tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Xəsarət alan qadın isə Sabirabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aprılır.