Sabirabadda iki maşının vurduğu piyada xəstəxanada ölüb - YENİLƏNİB

Hadisə
  • 04 noyabr, 2018
  • 05:20
Sabirabadda iki maşının vurduğu piyada xəstəxanada ölüb - YENİLƏNİB

Sabirabad. 3 noyabr. REPORT.AZ/ Sabirabad rayonunun Yaxa Dəllək kəndi ərazisində iki avtomobil tərəfindən vurulan piyada dünyasını dəyişib.

“Report”un Mil-Muğan bürosu xəbər verir ki, 1969-cu il təvəllüdlü Zalaqarağac kənd sakini Baxşəliyev Mənsur Məmməd oğlu səhər saatlarında müalicə aldığı Şirvan Şəhər Xəstəxanasının Reanimasiya şöbəsində keçinib.

Hadisəni "VAZ-2106" markalı "18-BX-617" dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü törədib.


***20:46

Sabirabad. 3 noyabr. REPORT.AZ/ Sabirabad rayonunun Yaxa Dəllək kəndi ərazisində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Mil-Muğan bürosunun məlumatına görə, "VAZ-2106" markalı "18-BX-617" dövlət qeydiyyat nişanlı avtomobil yol kənarı ilə gedən 1969-cu il təvəllüdlü Zalaqarağac kənd sakini Baxşəliyev Mənsur Məmməd oğlunu vurub.

Eyni anda piyada zərbənin gücündən arxadan gələn “Nissan” markalı avtombobilin altında düşüb. Nəticədə 49 yaşlı piyada qapalı kəllə-beyin travması və hər iki baldır sümüyünün sınığı diaqnozu ilə Şirvan Şəhər Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Bundan əvvəl Şəmkirdə yol qəzası nəticəsində bir neçə nəfər yaralanıb.