Sabirabadda beş gün əvvəl itkin düşən şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 16 aprel, 2019
- 15:19
Yeniliklərdən dərhal xəbərdar olun!
Sabirabad rayonunda Kür çayında itkin düşən şəxsin meyiti tapılıb.
"Report"un yerli bürosu xəbər verir ki, 32 yaşlı Əliyev Sarvan Zabit oğluKür çayından tapılıb.
Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sabirabad rayon şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
*** 10:23
Sabirabad rayonundal yerli sakin itkin düşüb.
“Report”un Aran bürosu xəbər verir ki, rayonun Qalağayın kənd sakini, 1987-ci il təvəllüdlü Əliyev Sarvan Zabit oğlu axşam saatlarında toy mərasimindən çıxdıqdan sonra evə qayıtmayıb.
Yaxınları hüquq-mühafizə orqanlarına bununla bağlı məlumat veriblər. Onun "Sabir" su kanalına düşərək boğulduğu ehtimal edildiyindən kanalın suyu azaldılıb və xilasedicilər tərəfindən axtarışlara başlanılıb.