İlhamə Quliyevanın sabiq köməkçisinin həbs müddəti uzadılıb
Hadisə
- 13 fevral, 2016
- 08:47
Bakı. 13 fevral. REPORT.AZ/ Səbail Rayon Məhkəməsində xalq artisti İlhamə Quliyevanın sabiq köməkçisi Mehriban Hüseynova barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb.
Bu barədə "Report"a M.Hüseynovanın vəkili Vasif Mirzəyev məlumat verib. O bildirib ki, hakim Aytən Əliyevanın sədrlik etdiyi prosesdə M.Hüseynovanın həbs müddəti üç ay artırılıb.
Vəkil məhkəmədə iki vəsatətlə çıxış edib. Bunlar həbs-qətimkan tədbirinin uzadılmasına etiraz və M.Hüseynova barəsində çıxarılan həbsin ev dustaqlığı ilə əvəz edilməsi olub. Vəsatətlər təmin olunmayıb.
Qeyd edək ki, M.Hüseynova barəsində Cinayət Məcəlləsinin 29, 180-cı (Soyğunçuluğa cəhd) maddəsi ilə cinayət işi başlanıb.
Son xəbərlər
21:02
Azərbaycan və Türkiyənin Macarıstandakı səfirləri strateji müttəfiqliyi müzakirə ediblər
Xarici siyasət20:29
Avropa çempionatı: Azərbaycan millisi qrupdakı sonuncu oyunda məğlub olub
Fərdi20:28
Foto
Video
Aviaşou, dünya səhnəsinin ulduzları və 3D-şou: Daşkənddə Özbəkistanın müstəqilliyinin 35 illiyi qeyd edilib
Region20:22
Uşakov: Putin və Paşinyan Ermənistanın Avropaya inteqrasiyası məsələsini müzakirə edəcəklər
Region20:19
Foto
Türkiyənin Bakıdakı səfirliyində 30 Avqust Zəfər bayramı qeyd edilib
Xarici siyasət20:17
Berlində hakerlər hökumət idarələrinə kiberhücum edib, 30 bitkoin tələb edirlər
Digər ölkələr20:09
İstanbulda avtobus qəzaya uğrayıb, ölən və 20-yə yaxın yaralı var
Region20:02
Sardiniyada yanğınlar səbəbindən 100-dən çox insan təxliyə edilib
Digər ölkələr19:50