Saatlıda kişi qayınanasını qətlə yetirib, həyat yoldaşını ağır yaralayıb - YENİLƏNİB

Hadisə
  • 22 sentyabr, 2018
  • 17:38
Saatlıda kişi qayınanasını qətlə yetirib, həyat yoldaşını ağır yaralayıb - YENİLƏNİB

Saatlı. 22 sentyabr. REPORT.AZ/ Saatlı rayon sakini qaynanasını bıçaqlayaraq öldürüb, həyat yoldaşına isə xəsarət yetirib.

"Report"un yerli bürosu xəbər verir ki, rayonun Nərimankənd kənd sakini, 32 yaşlı Xəyal Həşimov əvvəlcə həyat yoldaşı, 25 yaşlı Gülbikə Həşimovanı döyərək evdən qovub. G.Həşimova atasının evinə qaçıb. Daha sonra X.Həşimov həyat yoldaşının dalınca qaynatasının evinə gedib. Orada qaynanası H.Alışova ilə aralarında mübahisə yaranıb. Mübahisə zəmnində X.Həşimov qaynanasına bir neçə bıçaq zərbəsi vurub. Bunu görən G.Həşimova anasını kmək etmək üçün həyat yoldaşının qarşısını kəsib. Bu zman X.Həşimov həyat yoldaşını da bıçaqlayaraq oradan qaçıb. Onun axtarışları davam etdirilir. 

Faktla bağlı cinayət işi başlanılıb.


***18:51

Saatlı. 22 sentyabr. REPORT.AZ/ Saatlı rayonunda qətl hadisəsi baş verib.

“Report”un Mil-Muğan bürosunun məlumatına görə, rayonun Nərimankənd kəndində yaşayan ana və onun qızı bıçaqlanıb. 

Belə ki, naməlum şəxs 1960-cı il təvəllüdlü Hökümə Mirqədir qızı Alışovanı və onun qızı, 1993-cü il təvəllüdlü Gülbikə Nurəddin qızı Həşimovaya çox saylı bıçaq zərbələri vuraraq xəsarət yetirib. Nəticədə H.Alışova aldığı xəsarətlərdən ölüb, G.Həşimova isə ağır bədən xəsarətləri ilə Saatlı Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.