Saatlıda iki qardaşı bıçaqlamaqda təqsirləndirilən şəxs hakim qarşısına çıxarılır
Hadisə
- 09 fevral, 2022
- 04:55
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Saatlıda iki qardaşı bıçaqlamaqda təqsirləndirilən Tərlan Mahmudovun cinayət işi üzrə ibtidai istintaqı yekunlaşıb.
"Report" xəbər verir ki, iş baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib və hakim Cavid Səfərlinin icraatına verilib.
Məhkəmənin hazırlıq iclasının vaxtı hələ məlum deyil.
Qeyd edək ki, hadisə 2021-ci ilin oktyabrında Saatlıda baş verib. Belə ki, T.Mahmudov həmyerliləri - 1998-ci il təvəllüdlü Zeynal Zeynalzadə və onun qardaşı 2001-ci il təvəllüdlü İmanverdi Zeynalzadəni bıçaqlayıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 126.2.4 (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb və T.Mahmudov tutularaq istintaqa cəlb edilib.
Son xəbərlər
11:44
AMB: BOKT-ların yeni xidmətlər göstərməsi imkanları qiymətləndirilir
Maliyyə
11:42
Pyerluici Kollina: "Bakıdakı U-15 dünya çempionatı və festivalı möhtəşəm hadisədir"
Futbol
11:38
Xəyyam İsmayılov: "BOKT-ların kapitalı son iki ildə 52 % artıb"
Maliyyə
11:34
AMB: BOKT-ların verdiyi biznes kreditləri üzrə ehtiyat tələbləri yumşaldılıb
Maliyyə
11:33
Azər Bağırov: "Arsen Venger kimi mütəxəssislə fikir mübadiləsi məşqçilər üçün olduqca dəyərlidir"
Futbol
11:30
Rəhman Hümmətov: "Bakı taksilərin orta yaşına görə Avropada lider şəhərlər sırasındadır"
İnfrastruktur
11:26
Planet FM Qafqazın radio məkanında ilkə imza atıb
Media
11:24
Azərbaycanda gələn il bütün köhnə avtobuslar yenilənəcək
İnfrastruktur
11:23
Azərbaycan Bolqarıstana neft satışını 4,5 dəfə artırıb
Energetika