Saatlıda dovşan ovlayanlar saxlanılıb
Hadisə
- 26 dekabr, 2022
- 05:49
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz ovun və mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirilən tədbirlər zamanı rayonun Orta Muğan kəndi ərazisində müvafiq icazə olmadan qanunsuz ov edən üç nəfər saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şirvan regional qrupundan "Report"a verilən məlumata görə, araşdırmalarla onların rayon sakinləri – Pərviz Astanov, Emin Əliyev və Əhliman Əliyev olduqları müəyyən edilib.
Həmin şəxslərdən 3 ədəd müvafiq sənədləri olmayan ov silahı və qanunsuz olaraq ovlanmış 11 ədəd dovşan aşkarlanaraq götürülüb.
Faktla bağlı Saatlı RPŞ-nin Təhqiqat Bölməsində araşdırmalar aparılır.
Son xəbərlər
04:39
Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün öz işinə başlayır
Region
04:08
Böyük Britaniyada təxminən 20 000 əcnəbi cinayətkarı deportasiya gözləyir
Digər ölkələr
03:49
Serbiya parlamentinin sədri "Tələbə Siyahısı" hərəkatı nümayəndələrini dialoqa çağırıb
Digər ölkələr
03:27
ABŞ dövlət katibi Əbu-Dabidə Rusiya-Ukrayna danışıqlarında irəliləyişin olacağına ümid edir
Digər ölkələr
03:20
Rubio: ABŞ-İran danışıqlarında irəliləyiş yoxdur
Digər ölkələr
02:57
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
Digər ölkələr
02:23
"Barselona" La Liqanın XII turunda "Atletiko"nu məğlub edib
Futbol
01:44
Tramp: İrana silah tədarükünü bloklamaq üçün "Iron Gate" İşçi Qrupu yaradılıb
Digər ölkələr
01:22
Almaniyada 800 illik qəsr 1 avroya satışa çıxarılıb
Digər ölkələr