Saatlıda avtomobil at arabasını vurub, xəsarət alan var
Hadisə
- 05 may, 2018
- 17:54
Saatlı. 5 may. REPORT.AZ/ Saatlı rayonunda 1 nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib.
"Report"”un Aran bürosu xəbər verir ki, hadisə axşam saatlarında, Sarıcalar kəndində qeydə alınıb.
Belə ki, tikinti sahəsində fəhlə işləyən Ağcabədi rayonunun Poladlı kənd sakini, 1985-ci il təvəllüdlü Məmmədov Bəhruz Asif oğlu mağazadan çörək almaq üçün at arabası ilə gedərkən naməlum avtomobil arabanı vurub. Nəticədə B. Məmmədov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. O, Saatlı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Qeyd edək ki, qəzanı törədən sürücü hadisə yerindən uzaqlaşıb.
Faktla bağlı araşdırma aparılır
Son xəbərlər
08:35
"XPeng" humanoid robotların seriya istehsalına 2026-cı ilin sonunda başlayacaq
İKT08:22
Bu gün Sabunçu və Suraxanı rayonlarının bir hissəsində qaz olmayacaq
Energetika08:15
Bakıda yağışlı havada tıxac olan yollar açıqlanıb
İnfrastruktur08:11
Qazaxıstanda neft emalı zavodunda yanğın olub
Digər08:03
Türkiyədə "Şirinlər"ə qarşı əməliyyat keçirilib, saxlanılanlar var
Region07:37
BMT Baş Assambleyasının 81-ci sessiyası öz işinə başlayır
Xarici siyasət07:13
Tramp artan neft qiymətlərinə münasibət bildirib
Digər ölkələr06:47
İranda benzinin qiyməti iki dəfə artırılıb
Region06:14