Rusiyaya gedən Azərbaycan vətəndaşının ciblərindən 348 kapsul dərman preparatı çıxıb

Hadisə
  • 09 oktyabr, 2017
  • 12:08
Rusiyaya gedən Azərbaycan vətəndaşının ciblərindən 348 kapsul dərman preparatı çıxıb
Customs.gov.az

Bakı. 9 oktyabr. REPORT.AZ/ Dövlət Gömrük Komitəsi (DGK) Xaçmaz Gömrük İdarəsinin "Şirvanovka" gömrük postunda Azərbaycandan Rusiyaya gedən Azərbaycan vətəndaşının üzərində şəxsi yoxlama aparılıb. 

Bu barədə “Report”a DGK-dan məlumat verilib.

Məlumata görə, yoxlama zamanı, vətəndaşın gödəkçəsinin ciblərində cəmi 348 kapsul "Tramadol 50 mq" adlı dərman preparatı aşkar edilib.

Xatırladaq ki, tramadol 18 mart 2016-cı il tarixli müvafiq qanunla təsdiq edilmiş "Güclü təsir edən maddələr və onların külli miqdarının Siyahısı"na daxildir.

Faktla bağlı araşdırma aparılır.