Rusiyada şaftalının içərisində heroin satan azərbaycanlı tutulub
Hadisə
- 26 avqust, 2015
- 10:31
Bakı. 26 avqust. REPORT.AZ/ Çelyabinskdə tərəvəz bazarlarının birində şaftalının içərisində heroin satan azərbaycanlı saxlanılıb. Bu barədə "Report" Rusiya Narkotiklərə Nəzarət Federal Xidmət İdarəsinin mətbuat xidmətinə istinadən xəbər verir.
Məlumata əsasən, Çelyabinsk hüquq-mühafizə orqanları bir neçə həftə əvvəl heroinin satış kanalını müəyyən edərək bir neçə alıcını saxlayıb. Müəyyən olunub ki, onlar narkotik vasitəni tərəvəz bazarlarının birində 28 yaşlı Azərbaycan vətəndaşından alıb.
Şübhəli şəxsin saxlandığı zaman onun bahalı avtomobilinin qapısından kiçik partiyalara bölünmüş 100 qramdan artıq heroin aşkarlanaraq götürülüb.
Şübhəli şəxs təcridxanaya yerləşdirilib. O, 20 il müddətinə azadlıqdan məhrum edilə bilər.
Son xəbərlər
12:49
Kür çökəkliyində yerləşən yataqlarda neft hasilatı ilə bağlı vəziyyət açıqlanıb
Energetika12:44
Mirzoyan ABŞ nümayəndəsi ilə TRIPP-in reallaşdırılmasının sürətləndirilməsini müzakirə edib
Region12:44
Aİ Rusiyanın dondurulmuş aktivlərindən gələn 1,4 milyard avro gəliri Ukraynaya ayıracaq
Digər ölkələr12:42
Foto
Kiyevə raket və dronlarla hücumun nəticələri - FOTOREPORTAJ
Region12:39
Azərbaycan idmançıları ötən ay beynəlxalq yarışlarda 206 medal qazanıblar
Fərdi12:38
Bakı TDT-nin Aparıcı Milli Analitik Mərkəzlərinin Beynəlxalq Konfransına ev sahibliyi edəcək
Biznes12:37
AMQF-nin təşkilatçılığı ilə QHT sektorunda rəqəmsallaşma mövzusunda dəyirmi masa keçirilib
Daxili siyasət12:27
Foto
Xocavənd rayonuna daha 27 ailə yola salınıb
Daxili siyasət12:27