Rusiyada azərbaycanlılar qarlı yolda qalan avtobusdan təxliyyə olunublar - FOTO
Hadisə
- 19 fevral, 2019
- 04:56
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 19 fevral. REPORT.AZ/ Bu gün gecə Rusiyanın Saratov vilayətinin Xvalınski rayonunda xarab olmuş mikroavtobusda qalmış Azərbaycan vətəndaşlarına yardım göstərilib.
“Report” xəbər verir ki, bu barədə vilayətin xilasetmə xidmətinin yerli filialı məlumat yayıb.
İdarəyə Sızran-Saratov-Volqoqrad federal yolunun 107-ci km-də mikroavtobusun xarab olduğu barədə məlumat daxil olub. Nəqliyyat vasitəsində biri uşaq olmaqla 8 nəfər olub.
Hadisə yerinə gələn xilasedicilər Azərbaycan Respublikası vətəndaşlarını yaxınlıqdakı kafeyə təxliyyə ediblər.
Sızran-Saratov-Volqoqrad yolunun 47-140 kilometrləri arasındakı hissəsi ötən gün hava şəraitinin pis olması səbəbindən bağlanıb.
Son xəbərlər
18:52
Qırx dörd günün dərsləri: Azərbaycanın iradəsi hərbi üstünlüyü siyasi nəticəyə çevirdi
Analitika
18:27
Foto
Video
Azərbaycan və Türkiyə prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - Yenilənib
Xarici siyasət
18:21
Foto
Bir sıra xarici ölkələrdə Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib
Xarici siyasət
18:11
Ərdoğan: Azərbaycanın ədalətli mübarizəsini və bölgədə davamlı sülh səylərini dəstəkləyirik
Region
18:06
ANAMA-nın kollektivi Zəfər abidəsini ziyarət edib
Daxili siyasət
18:03
Video
"Haber Global": Azərbaycan-Türkiyə münasibətləri əbədi qardaşlığa əsaslanır
Region
17:58
Foto
Mədəniyyət Nazirliyinin kollektivi Zəfər abidəsinin önünə gül dəstələri qoyub
Daxili siyasət
17:52
Foto
Zəfər Günü münasibətilə Xarıbülbül zirvəsinə yürüş keçirilib
Daxili siyasət
17:50
Foto
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
Daxili siyasət