Rusiyada arvadını öldürdüyünə görə axtarışa verilən şəxs Azərbaycanda tutulub

Hadisə
  • 13 yanvar, 2017
  • 07:46
Rusiyada arvadını öldürdüyünə görə axtarışa verilən şəxs Azərbaycanda tutulub

Şəmkir. 13 yanvar. REPORT.AZ/ Rusiya Federasiyasında (RF) qəsdən adam öldürməyə görə axtarışa verilən şəxs Azərbaycanda tutulub.

"Report"un Qərb bürosunun verdiyi xəbərə görə, RF-nin Sankt-Peterburq şəhərində Bahar Pirqələmovanın əri Ramiz Əsgərov tərəfindən qətlə yetirilməsi ilə əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılıb. 

Şəmkir Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən R.Əsgərov tutulub.

Faktla bağlı araşdırmalara başlanılıb.