Rusiya Federasiyası Azərbaycan vətəndaşını beynəlxalq axtarışa verib

Hadisə
  • 02 mart, 2017
  • 13:39
Rusiya Federasiyası Azərbaycan vətəndaşını beynəlxalq axtarışa verib

Bakı. 2 mart. REPORT.AZ/ Rusiya Federasiyası Azərbaycan vətəndaşını “İnterpol” xətti ilə beynəlxalq axtarışa verib.

“Report”un xəbərinə görə, axtarışa verilən şəxs 1969-cu il təvəllüdlü Süleyman Mansurovdur.

O, on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etməkdə ittiham olunur.

44 - Tezliklə