Rusiya Azərbaycan vətəndaşını “İnterpol” xətti ilə axtarışa verib

Hadisə
  • 09 aprel, 2018
  • 11:24
Rusiya Azərbaycan vətəndaşını “İnterpol” xətti ilə axtarışa verib

Bakı. 9 aprel. REPORT.AZ/ Rusiya Federasiyası Azərbaycan vətəndaşını “İnterpol” xətti ilə beynəlxalq axtarışa verib.

“Report”un xəbərinə görə, Edqar Əliyev terror təşkilatının fəaliyyətində iştirak etmə və terrorçuluğu dəstəkləməkdə günahlandırılır.

Qeyd edək ki, 33 yaşlı E.Əliyev 1985-ci ildə Bakıda anadan olub.