REAL Hərəkatının həbsdə olan sədri iki vəkilindən imtina edib
Hadisə
- 02 oktyabr, 2017
- 14:17
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 2 oktyabr. REPORT.AZ/ REAL Hərəkatının həbsdə olan sədri İlqar Məmmədov iki vəkilindən imtina edib.
Bu barədə "Report"a vəkil Fuad Ağayev məlumat verib.
O, İlqar Məmmədovla görüşdüyünü bildirib: "O, görüş zamanı digər vəkillərindən imtina etdiyini dedi. Bundan sonra İlqar Məmmədovun hüquqlarını yalnız mən müdafiə edəcəyəm".
Xatırladaq ki, daha əvvəl İ.Məmmədovun vəkilləri Cavad Cavadovla Şəhla Hümbətova olub.
Qeyd edək ki, İ.Məmmədov 2013-cü il yanvarın 24-də İsmayıllıda baş vermiş kütləvi iğtişaşların təşkilində ittiham olunub. O, Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il müddətinə azadlıqdan məhrum edilib.
Son xəbərlər
09:28
Azərbaycan Basketbol Liqası: "Gəncə" "Ordu"nun qonağı olacaq
Komanda09:25
Yaponiya 2030-cu ildə yeni raketlərin kütləvi istehsalına başlayacaq
Digər ölkələr09:01
"Turan Tovuz" bu gün Bakıda "Fənərbağça" ilə üz-üzə gələcək
Futbol08:55
Azərbaycan nefti cüzi ucuzlaşıb
Energetika08:46
"Axios": Ağ Evin aparıcı şəxsləri İranla bağlı gizli görüş keçiriblər
Digər ölkələr08:19
Avstraliyanın Nyukasl şəhərində avtomobil izdihama çırpılıb, 10 nəfər xəsarət alıb
Digər ölkələr07:42
Türk İnvestisiya Fondu: Türk dünyasında iqtisadi əməkdaşlığı inkişaf etdirməyə sadiqik
Biznes07:19
"Yonhap": Şimali Koreya Şərq dənizi istiqamətində raket buraxıb - YENİLƏNİB
Digər ölkələr06:51