Rauf Mirqədirov azadlığa buraxılıb - FOTO
Hadisə
- 17 mart, 2016
- 07:04
Bakı. 17 mart. REPORT.AZ/ Bu gün Bakı Apellyasiya Məhkəməsində jurnalist Rauf Mirqədirovun apellyasiya şikayəti üzrə məhkəmə başa çatıb.
“Report”un məlumatına görə, hakim Abid Abdinbəyovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, jurnalistə 5 il sınaq müddəti olmaqla şərti həbs cəzası verilib.
O, məhkəmə zalından azadlığa buraxılıb.
Qeyd edək ki, R.Mirqədirov 2014-cü ilin aprel ayında Türkiyədə saxlanılıb. Jurnalist daha sonra Azərbaycana deportasiya olunub. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Mirqədirov 6 il müddətinə azadlıqdan məhrum edilib. O, həmin hökmdən apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.
Son xəbərlər
10:34
Fərid Osmanov: "Kibertəhlükəsizlik hədəf strateji prioritetə çevrilir"
İKT10:33
Krasnodara PUA hücumları nəticəsində 1 nəfər ölüb, 10 nəfər yaralanıb
Region10:20
Sırski: Xələfimə hücum vəziyyətində olan ordu təhvil verirəm
Region10:17
DSMF-nin xərcləri 10 %-dən çox artıb
Maliyyə10:14
Kibertəhlükəsizlik Mərkəzi indiyə qədər 420-dən artıq mütəxəssis hazırlayıb
İKT10:00
Bakıda təhlükəsizlik tələblərinə cavab verməyən bəzi liftlərin fəaliyyəti dayandırılıb
Hadisə09:59
Azərbaycandakı hotellərdə qalanlar onlayn rəy verə biləcək
Turizm09:56
Tacikistanda dağlarda köməksiz qalan bir qrup rusiyalı turist helikopterlə təxliyə ediləcək
Region09:53