Qusarda qadın öldürülüb, keçmiş əri saxlanılıb - YENİLƏNİB

Hadisə
  • 18 dekabr, 2025
  • 12:25
Qusarda qadın öldürülüb, keçmiş əri saxlanılıb - YENİLƏNİB

Qusarda qadının öldürülməsi ilə bağlı rayon prokurorluğunda cinayət işi açılıb.

Bu barədə "Report"a Baş Prokurorluqdan məlumat verilib.

Qeyd olunub ki, araşdırma zamanı rayonun Hil kənd sakini Asif Təyibovun Diana Təyibovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Qusar rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

A.Təyibov rayon prokurorluğu tərəfindən şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam etdirilir.

Qusar rayonunda qadın öldürülüb, şübhəli qismində keçmiş əri saxlanılıb.

"Report"un Şimal bürosunun məlumatına görə, dekabrın 16-da səhər saatlarında Qusar rayonunun Hil kəndindəki evdə kənd sakini, 32 yaşlı Diana Təyibovanın üzərində zorakılıq əlamətləri olan meyiti tapılıb.

Polis əməkdaşlarının keçirdiyi tədbirlərlə onu keçmiş əri, kənd sakini 35 yaşlı Asif Təyibovun münaqişə zəminində boğması, kəsici alətlə boğaz nahiyəsinə vuraraq öldürdüyü müəyyən edilib və o, saxlanılıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

Son xəbərlər

Bütün Xəbər Lenti