Qurban Yetirmişli: “Kahramanmaraşın Bazarcıq qəsəbəsində bir dənə də olsun yaşayışa yararlı bina qalmayıb”

Hadisə
  • 19 aprel, 2023
  • 10:43
Qurban Yetirmişli: “Kahramanmaraşın Bazarcıq qəsəbəsində bir dənə də olsun yaşayışa yararlı bina qalmayıb”

“Kahramanmaraşın Bazarcıq qəsəbəsində bir dənə də olsun yaşayışa yararlı bina qalmayıb”.

“Report” xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin rəhbəri Qurban Yetirmişli bu gün keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, tədqiqatlar aparmaq üçün Türkiyədə baş verən dəhşətli zəlzələnin episentri olan Kahramanmaraşın Bazarcıq zonasına səfər ediblər: “Burada bir dənə də olsun salamat bina qalmayıb. Biz bu ərazidə tədqiqat apardıq və nəticələri ictimaiyyətlə bölüşəcəyik. Ərazi Şimali Anadolu və Şərqi Anadolu qırılmaları ilə əhatə olunub. Nəticədə dağıdıcı zəlzələ baş verib. Bioloji quruluşu mürəkkəb ərazilərdə mütləq şəkildə hər bir bina ayrıca öyrənilməli və onun neçə bala dözümlü olması ölçülməlidir. Hazırladığımız hesabatları AFAD-a göndərəcəyik”.

44 filmi