Qubada yük maşını yanıb - FOTO
Hadisə
- 27 oktyabr, 2017
- 16:39
Bakı. 27 oktyabr. REPORT.AZ/ Quba rayonunda yük maşını yanıb.
"Report"un Şimal bürosu xəbər verir ki, hadisə rayonun Vəlvələ kəndi ərazisində baş verib.
Belə ki, Bakı-Quba yolunun 145-ci kilometrliyində mişar daşı ilə yüklü dövlət qeydiyyat nömrə nişanı 40-BP-285 olan "Ford" markalı yük maşını paytaxtdan rayona gələrkən yanmağa başlayıb. Yanğını hiss edən sürücü, Quba rayonu, Nügədi kənd sakini Mikayıl Əzizağa oğlu Yehyayev dərhal maşından yerə atılıb.
Məlumata görə, yanğın zamanı sürücü heç bir xəsarət almayıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Quba rayon yanğından mühafizə hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub.
Yanğının başvermə səbəbləri araşdırılır.
Son xəbərlər
18:48
Foto
Xarici diplomatlar Şuşanın Birinci yaşayış məhəlləsini ziyarət ediblər
Xarici siyasət18:46
Foto
Azərbaycan təmsilçisi çimərlik polosu üzrə beynəlxalq yarışa qələbə ilə başlayıb
Komanda18:40
Foto
AZPROMO: Azərbaycan sahibkarları Çində xidmət ixracı imkanları ilə bağlı müzakirələr aparırlar
Biznes18:33
Premyer Liqa: "Neftçi" V turun açılış oyununda qələbə qazanıb
Futbol18:27
Türkiyədə hərbi maşın aşıb, ölən və yaralananlar var
Region18:25
Foto
Diplomatik korpus Şuşada qala divarlarını ziyarət edib
Xarici siyasət18:08
Azərbaycanın yunan-Roma güləşi millisi toplanışa başlayır
Fərdi18:07
Foto
Video
Diplomatik korpusun nümayəndələri Şuşada "Heydər Əliyev və Qarabağ" sərgisini ziyarət ediblər
Xarici siyasət17:59
Foto