Qəbələdə iki nəfər ov tüfəngi ilə öldürülüb, daha bir nəfər xəsarət alıb
Hadisə
- 17 oktyabr, 2024
- 17:40
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Oktyabrın 17-də saat 20 radələrində Qəbələ rayonunun Zərgərli kəndində 1951-ci il təvəllüdlü Gülsadə Məmmədəliyeva və 1979-cu il təvəllüdlü Əlibaba Gəncimovun odlu silahdan açılan atəşlə qətlə yetirilməsi, eləcə də qadının nəvəsi, 23 yaşlı Nurlan Məmmədalıyevin isə xəsarət alması barədə polisə məlumat daxil olub.
Bu barədə "Report"a DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib.
Məlumata görə, Əlibaba Gəncimov ov tüfəngi ilə qadına və nəvəsinə, N.Məmmədalıyev isə Ə.Gəncimova tüfənglə atəş açmaqda şübhəli bilinir. Cinayət aləti hesab edilən ov tüfəngləri polis əməkdaşları tərəfindən götürülüb. Hadisə şəxsi münasibətlər zəminində baş verib.
Araşdırma aparılır.
Son xəbərlər
11:47
"Azsığorta"nın xalis mənfəəti 63 %-dən çox azalıb
Maliyyə
11:45
İlham Əliyev Ərdoğana başsağlığı verib
Xarici siyasət
11:34
Şəkiyə 33 sm qar yağıb - Faktiki hava
Ekologiya
11:32
SOCAR-ın Türkiyəyə investisiyaları STAR NEZ-dəki yeni layihədən sonra 20 milyard dollara çatacaq
Energetika
11:30
"Azərbaycan Sənaye Sığorta" maliyyə vəziyyətini açıqlayıb
Maliyyə
11:24
Azərbaycanda istiqrazlarla bağlı gəlir marjası vergitutma obyekti olacaq
Maliyyə
11:23
Sumqayıtda avtomobil yanıb
Hadisə
11:19
Avstraliyada təyyarənin avtomobillə toqquşması nəticəsində xəsarət alanlar var
Digər ölkələr
11:18
Arsen Venger FIFA prezidentliyinə namizədliyini nəzərdən keçirir
Futbol